Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlının azad olunmasının ildönümü münasibətilə tədbirlər keçirilib

25 oktyabr 2022 | 17:02
    25 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində Qubadlı rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ilə bağlı silsilə tədbirlər keçirildi.
    Şəhidlərimizin müqəddəs ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayan tədbirlər şagirdlərin ifasında vətənpərvərlik şeirlərinin səslənməsi, musiqili və ədəbi kompozisiyaların ifa olunması ilə davam etdi. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi əlilləri və iştirakçıları, pedaqoji kollektiv və məktəblilərin iştirakı ilə keçirilən tədbirlərdə Qubadlı şəhərinin işğaldan azad edilməsinin strateji əhəmiyyəti vurğulandı. Çıxış edən natiqlər bildirdilər ki, 25 oktyabr 2020-ci il tarixində xalqımızın Qubadlı həsrətinə son qoyulmuş, doğma torpağımızda üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır. O da vurğulandı ki, işğal altında olan hər bir kəndimizin, hər bir şəhərimizin azad olunduğu gün tariximizə Zəfər salnaməsi kimi həkk olunub. Bu torpaqların hər qarışı uğrunda Azərbaycan Ordusu mərdliklə döyüşərək tarixi ədaləti bərpa edib. Natiqlər onu da qeyd etdi ki, Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq, mümkün olan ən qısa zamanda Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevriləcəkdir.
Keçidlər