Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Ruhumuzun rəngləri” adlı təlim-masterklass keçirilmişdir

14 avqust 2023 | 14:48
      14 avqust 2023-cü il tarixdə Heydər Əliyev İli çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə rəssam, ebruzən Ümüd Həsənlinin təqdimatında V.Mustafazadə adına Mədəniyyət Mərkəzində “Ruhumuzun rəngləri” adlı təlim masterklass keçirilmişdir. Təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi və “4 saylı UGİM” PHŞ-nin dərnək üzvləri, könüllülər, rayonun fəal gəncləri iştirak etmişdir.
      Təlimdə çıxış edən natiqlər Ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edərək bugün keçirilən tədbirin əhəmiyyətini vurğuladılar. Natiqlər  Pirallahı rayonunda ilk dəfə belə təlimin keçirildiyini qeyd edərək, ebru sənətinin sirləri və bu yaradıcılığın insana dünyadan zövq almağı və onu sevməyi, bəxş etdiyi gözəllikdən və rəngarənglikdən danışmışlar. Qeyd edilmişdir ki, ebru rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür ki, müasir dünyada o cümlədən ölkəmizdə də ebru sənətinə maraq gündən günə artmaqdadır. Əminlik ifadə olunmuşdur ki, Pirallahı rayonunda bu təlimin keçirilməsi gənclərə çox böyük stimul verəcəkdir.
        Təlim çərçivəsində rəssam, ebruzən Ü.Həsənli ebru sənətinin sirləri haqqında gənclərə geniş izahat verdi və masterklass keçirildi. Sonda isə təlim iştirakçılarına Bakı şəhər Gənclər və İdman İdarəsinin sertifikatları təqdim olundu.
Keçidlər