Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Sağlam həyat" layihəsi çərçivəsində idman yarışı keçirilib

21 aprel 2025 | 15:56
        21 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə rayon məktəbliləri arasında “Sağlam həyat günləri” layihəsi çərçivəsində idman yarışı keçirilmişdir. Tədbirdə RİH başçısı Aparatının və gənclər və idman sektorunun məsul əməkdaşları, təhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak etmişdir.
          Layihənin keçirilməsində məqsəd idmanın kütləviliyinə nail olmaq, uşaqlar arasında idmana marağı artırmaq, sağlam həyat tərzinin təbliği və asudə vaxtı səmərəli təşkil etməkdir. İdman yarışına müxtəlif yaş qruplarından olan məktəblilər qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi normativlərini yerinə yetiriblər.
Layihə çərçivəsində keçirilən yarışda  normativləri yerinə yetirən şagirdlər Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlarla təltif olunmuşdur.
          Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatmışdır.
Keçidlər