Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda sağlam və rasional qidalanmanın təşviqi məqsədilə maarifləndirici görüş keçirilmişdir

31 iyul 2024 | 15:29
       Əks-Səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Bakı şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə “Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və paketlənmiş qidaların satışının qarşısının alınmasına dair jurnalist təşəbbüslərin artırılması” adlı layihə çərçivəsində Pirallahı rayon Gənclər Mərkəzində görüş keçirilib. Görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, layihə rəhbəri Məhsəti Hüseynova, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Asim Vəliyev və fəal gənclər iştirak edib.
        Tədbirdə yeniyetmə və gənclərə qida təhlükəsizliyinin təmin olunmasında ictimai vəkillik təşəbbüslərinin və ictimai nəzarət imkanlarının artırılması, qazlı və paketli içkilərinin zərərinin azaldılması istiqamətində KİV-lərlə əməkdaşlıq imkanları mövzusunda müzakirə aparılıb.
Keçidlər