Pirallahı rayonunda “Sağlam vərdişlər” layihəsinin növbəti təlimi baş tutdu
29 sentyabr 2023 | 15:47
29 sentyabr 2023-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə icra edilən “Sağlam vərdişlər” layihəsinin növbəti təlimi Pirallahı Gənclər Mərkəzində keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən təlimdə İcra Hakimiyyətinin nümayəndəsi Loğman Müslümov və BŞGİİ-nin gənclərlə iş sektorunun müdiri Elvin Orucov layihənin məqsədini, gənclər üçün önəmini qeyd ediblər.
Təlim müddətində BŞGİİ-nin əməkdaşı, təlimçi Aytən Natiqli sağlam həyat tərzinin müxtəlif aspektlərini əhatə edən mövzulara toxunub.
Diskusiya şəklində keçən təlimdə, iştirakçılara “Necə yox deməli?“, “Dəyərlər” mövzusunda qrup işi təşkil olunub.
Qeyd edək ki, layihənin məqsədi gənclər və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, onlar arasında qeyri-sağlam həyat tərzinin fəsadları haqqında maarifləndirmə aparmaqdır.