Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir

09 oktyabr 2026 | 14:25
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi respublikanın hər yerində olduğu kimi, Pirallahı rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu mühüm təşəbbüsdən irəli gələn vəzifələrin icrası məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri ardıcıl şəkildə davam etdirilir.
        Rayonda magistral və qəsəbədaxili yolların, eləcə də səkilərin təmiri, park və istirahət məkanlarının abadlaşdırılması, sosial və ictimai infrastrukturun müasir tələblərə uyğun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Görülən işlər rayonun memarlıq simasının daha da zənginləşdirilməsinə xidmət edir.
       “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Pirallahı rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi və ağacəkmə aksiyalarının keçirilməsi də xüsusi diqqət mərkəzində saxlanılır. Rayonun müxtəlif ərazilərində yeni yaşıllıq zolaqları salınır, yerli iqlim şəraitinə uyğun ağaclar əkilir. Həyata keçirilən tədbirlər ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və rayonun daha yaşıl, səliqəli və gözoxşayan məkana çevrilməsinə mühüm töhfə verir.
        Qeyd edək ki, həyata keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində rayon ərazisində 3000-dən çox gül kolu əkilib. Bu işlər şəhər mühitinin estetik görünüşünün zənginləşdirilməsi, küçə və parkların daha cəlbedici görkəm alması, eləcə də sakinlərin istirahəti üçün daha əlverişli şəraitin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır.
          Pirallahı rayonunda abadlıq-quruculuq və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi şəhərsalma mədəniyyətinin yüksəldilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına və rayonun müasir inkişaf tələblərinə uyğun daha da gözəlləşdirilməsinə xidmət edir.
Keçidlər