Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar abadlıq-quruculuq işləri davam etdirilir

17 fevral 2026 | 16:34
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu mühüm sənəddən irəli gələn vəzifələrin icrası məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri uğurla davam etdirilir.
     Rayon ərazisində magistral və qəsəbədaxili yolların  və səkilərin təmiri, park və istirahət məkanlarının abadlaşdırılması, həmçinin sosial və ictimai infrastrukturun müasir tələblərə uyğun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Görülən işlər Pirallahı rayonunun memarlıq simasının daha da gözəlləşdirilməsinə, sakinlərin rahat və təhlükəsiz yaşayış mühitinin təmin olunmasına xidmət edir.
     Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaşıllıq sahələrinin genişləndirilməsi və ağacəkmə aksiyaları davamlı xarakter alıb. Rayonun müxtəlif ərazilərində yeni yaşıllıq zolaqları salınır, mövcud park və skverlərdə abadlaşdırma işləri aparılır, iqlim şəraitinə uyğun dekorativ və kölgəyaradan ağaclar əkilir. Həyata keçirilən ağacəkmə aksiyaları ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına və rayonda yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Qeyd edək ki, müvafiq dövr ərzində rayon ərazisində 3000 ədəd gül kolları əkilmişdir.  Bununla yanaşı, müəyyən olunmuş yerlərdə mövzuya uyğun bannerlər quraşdırılmışdır.
     Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində sanitar-təmizliyin qorunması istiqamətində fəaliyyət və abadlıq-quruculuq işləri davam etdirilmiş, vətəndaşların müraciətləri əsasında binalarda və məhəllələrdə cari təmir-bərpa işləri aparılmışdır. Keçirilən iməciliklər zamanı rayonun bütün küçə və meydanlarında, parklarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir.
     Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsi, Bayraq Meydanında mövcud işıqlandırma sisteminin yenidən qurulması işləri aparılıb, işıq dirəkləri üçün nəzərdə tutulmuş yeraltı elektrik xətləri yenisi ilə əvəz olunub. Eyni zamanda qaz, elektrik enerjisi, rabitə, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirililir.
Keçidlər