Pirallahı rayonunda şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələr ziyarət olundu
Ramazan bayramı günlərində Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan Birinci Qarabağ müharibəsinin şəhidi Vəfalı Suvarovun, Aprel döyüşləri şəhidi Sərvan Mehraliyevin, Vətən müharibəsinin şəhidləri - baş leytenant Vüsal Babayevin və əsgər Elmar Nəbiyevin ailələri ziyarət olunaraq onlara bayram sovqatları çatdırılıb. Görüşlərdə igid Vətən övladlarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şücaətlərindən bəhs olunaraq, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Pirallahı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri, əlillər və veteranlarla Rayon İcra Hakimiyyətinin rəhbərliyi müntəzəm görüşlər keçirir, onların problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir. Şəhid ailələri ilə bağlı həyata keçirilən dəstək tədbirlərinin bundan sonra da davam edəcəyi vurğulanaraq bildirilib ki, dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə həmin kateqoriyadan olan vətəndaşların mənzil və sosial ödənişlərlə təminatı, məşğulluğu daim diqqət mərkəzində saxlanılır. Onların bundan sonrakı dövrdə də dövlətimizin qayğısı ilə əhatə olunacaqları qeyd olunub.
Eyni zamanda Ramazan bayramı münasibətilə Pirallahı rayonunda yaşayan bir qrup aztəminatlı ailələr də ziyarət olunaraq onlara bayram sovqatları verilib.