Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş turnir keçirildi

09 iyul 2022 | 13:24
     Rayon ərazisində uşaqlar və gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə mütəmadi olaraq Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, təhsil və idman müəssisələrinin iştirakı ilə idman yarışları təşkil olunmaqdadır. Belə yarışlardan biri də 9 iyul 2022-ci il tarixdə Pirallahı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında sərbəst güləş turniri idi. “Pirallahı İdman Zalı” MMC-nin açıq birinciliyi üzrə keçirilən turnir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürmüşdür.
      Turnirin açılış mərasimində iştirak edən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Babayev çıxış edərək qeyd etmişdir ki, turnirin keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik ruhunu artırmaq, vətənə məhəbbət hissini daha da gücləndirmək, şəhidlərin xatirəsini yad etmək, məktəbliləri idmana və bədən tərbiyəsinə cəlb edərək onların fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
      Daha sonra “Pirallahı İdman zalı” MMC-nin müdiri Faiq Məmmədov çıxış edərək idmanın kütləviliyinin artırılmasının vacibliyini vurğuladı və yarışda iştirak edən hər bir idmançıya müvəffəqiyyət arzu etdi.
      Qeyd edək ki, turnirdə ümumilikdə 100-ə yaxın idmançı öz gücünü sınamışdır. Yarışın ümumi yekun nəticələrinə əsasan qaliblər müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar.
Keçidlər