Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda «Şəxsiyyət yüksəlişi” adlı təlim keçirilmişdir

28 fevral 2024 | 17:20
        28 fevral 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində «Şəxsiyyət yüksəlişi” adlı təlim keçirilmişdir. Gənclərin şəxsi inkişafına dəstək olmaq məqsədilə keçirilən təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak etmişdir.
     Tədbiri giriş nitqi ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev təlimin əhəmiyyətindən danışaraq belə aktual mövzunun rayon məktəbliləri üçün faydalı olacağından əminlik ifadə etmiş və sözü təlimçilərə vermişdir.
         Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş mütəxəssisi Aysun Kərimova və psixoloq Orxan Məcnunov təqdimatlarla çıxış edərək öz bilik və təcrübələrini gənclərlə bölüşərək qeyd etmişlər ki, cəmiyyətin inkişafı, qanunauyğunluqları, hadisələrin başvermə səbəbləri, hərəkətverici mexanizmi haqqında dialektik və metafizik inkişaf konsepsiyası mövcuddur. Təbii ki, insan-fərd bir varlıq kimi inkişaf edərək formalaşır. İnkişaf təbiət və cəmiyyət hadisələri ilə bağlıdır və hərəkətlə, tərəqqi ilə, yaradıcılıqla səciyyələnir. Elmin, təhsilin, tərbiyənin şəxsiyyətin formalaşmasında rolu əvəzsizdir.
       Sonra təlim “Bir sual-bir cavab” rubrikası ilə davam etmişdir.     
       Təlimdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin sertifikat və hədiyyələri təqdim edilmiş, sonda xatirə şəkili çəkilmişdir.

 

Keçidlər