Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayonunda Səyyar “Açıq Qapı” günü keçirilib

29 oktyabr 2025 | 16:55
       29 oktyabr 2025-ci il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyəti və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Səyyar “Açıq Qapı” günü keçirilib.
        “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, sosial müavinətlər, hüquqi yardım, işlə təmin olunma, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.
        “Açıq qapı” günündə uşaq və böyüklər tərəfindən ünvanlanmış 15-dən çox müraciət dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib və tövsiyələr verilib.
         Rayon İcra Hakimiyyəti bu və digər sahələr üzrə aidiyyəti qurumlarla birgə fəaliyyətini normativ aktların tələblərinə uyğun olaraq davamlı şəkildə həyata keçirilir.
Keçidlər