Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayonunda Səyyar “Açıq Qapı” günü keçirilmişdir

26 sentyabr 2024 | 16:09
       26 sentyabr 2024-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyəti və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 186 nömrəli tam orta məktəbdə Səyyar “Açıq Qapı” günü keçirilmişdir.
        “Açıq qapı” günündə mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, sosial müavinətlər, hüquqi yardım, işlə təmin olunma, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.
        “Açıq qapı” günündə uşaq və böyüklər tərəfindən ünvanlanmış 20-dən çox müraciət dinlənilib, onların həlli istiqamətində müvafiq dəstək göstərilib və tövsiyələr verilib.
       Rayon İcra Hakimiyyəti bu və digər sahələr üzrə aidiyyəti qurumlarla birgə fəaliyyətini normativ aktların tələblərinə uyğun olaraq davamlı şəkildə həyata keçirdir.

 

Keçidlər