Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda səyyar qəbullar davam etdirilir

30 aprel 2022 | 11:52

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı qarşıya qoyduğu vəzifələr Pirallahı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas hissəsini təşkil edir. İcra Hakimiyyəti  başçısının səyyar qəbul qrafikinə əsasən növbəti görüş Pirallahı qəsəbəsində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
      İcra Hakimiyyətinin başçısı Vasif İmanov ilk öncə görüş iştirakçılarını salamlayaraq qarşıda gələn Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etdi.
       Natiq sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. Bildirildi ki,  aprelin 22-də 65-dən çox ölkədən 600-dən çox soydaşımız iştirakı ilə torpaqlarımız azad olunduqdan sonra ilk dəfə Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi hər birimizə fəxarət və qürur hissi yaşatdı. Bildirildi ki,  44 günlük Vətən müharibəsi zamanı ədalət bərpa olundu və parlaq qələbədən sonra işğal olunmuş ərazilər öz sahiblərinə qaytarıldı. Bu gün Ermənistan üçün böhran vəziyyətdən çıxmaq üçün  yeganə yolunu sülh müqaviləsinin bağlanmasıdır. Dövlətimizin başçısı ayrı-ayrı çıxış¬larında Azərbaycanın sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə daim hazır olduğunu diqqətə çatdırıb.
       Diqqətə çatdırıldı ki,  işğaldan azad olunan ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.
       Vasif İmanov qeyd etdi ki,  hər il aprel ayının 28-i ölkəmizdə Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın xatirə günü kimi qeyd olunur.  Cəmiyyətin həyatında  fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi.  Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Biz, bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu  belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin  həyata keçirdiyi  uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir.
      Bildirildi ki, aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Aprelin 28-də Şuşada işinə başlayan və bu gün Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı.  Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.
       Sonra Vasif İmanov yeni istifadəyə verilmiş Rəqəmsal İcra Hakimiyyəti (rih.gov.az) portalından danışaraq bildirdi ki, artıq vətəndaşlar İcra Hakimiyyətinə gəlmədən də bu platforma vasitəsi ilə xidmətlərdən elektron qaydada yararlana bilərlər. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır.
          Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması, telefon xəttinin yenilənməsi və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər