Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə aksiyası keçirildi

04 oktyabr 2024 | 16:23
        Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" PHŞ-nin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 04 oktyabr 2024-cü il tarixində "Pirallahı Tibb Mərkəzi" PHŞ-də “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir.
       Əsas məqsədi qanın komponentlərinə ehtiyacı olan şəxslərə dəstək olmaq, onların sağlamlığına töhfə vermək olan kampaniya çərçivəsində 100-dən çox könüllü qan verərək, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsinə dəstək olmuşdur. Aksiya zamanı yüksək təşkilatçılıq və təhlükəsizlik standartlarına riayət olunaraq qanvermə prosesi uğurla həyata keçirildi. Tədbirə qatılan donorlar bu humanitar təşəbbüsün əhəmiyyətini vurğulamış və cəmiyyətin bu kimi aksiyalara daha çox cəlb olunmasının vacibliyini qeyd etmişlər.
      Qeyd edək ki, bu qəbildən olan tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi davamlı dəstəyin bariz nümunəsidir. Onların rəhbərliyi altında ölkədə sağlamlıq sisteminin inkişafı, xüsusən də irsi qan xəstəliklərinin müalicəsi və profilaktikasına yönəlik genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.
        Bu aksiya, həm də cəmiyyətimizdə sosial məsuliyyətin artmasına və insanların bir-birinə dəstək olma ruhunun güclənməsinə xidmət edir. Humanitar dəyərlərə sadiqlik göstərən belə təşəbbüslər gələcəkdə də davam edəcək və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayacaq.
Keçidlər