Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Talassemiyasız həyat naminə” proqramı layihəsi çərçivəsində qanvermə aksiyası keçirilib

19 may 2022 | 17:40

        Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19 may 2022-ci il tarixdə Pirallahı Tibb Mərkəzində Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilmişdir. Aksiyada 200 nəfər rayon sakini könüllü olaraq iştirak etmiş, onlardan 105 nəfərindən qan götürülmüşdür.
      Tədbirdə rayonda yaşayan əhali o cümlədən idarə və müəssisələrin kollektivləri yüksək həvəslə iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara   yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
      Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.   
      Bundan sonra da rayonumuzda belə xeyirxah aksiyalar davam edəcəkdir.

Keçidlər