Pirallahı rayonunda “Təmiz ölkəm” aksiyası çərçivəsində iməcilik keçirilib
26 avqust 2023 | 12:50
Avqustun 26-da "Təmiz Ölkəm" aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Milli Parkında iməcilik keçirilib.
Aksiyaya Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov, ETSN-nin və RİH-in əməkdaşları, idarə, müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 200-ə yaxın könüllü qoşulub.
Aksiya çərçivəsində 6 ha sahədən 1,5 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşınıb.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.