Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir

09 may 2023 | 15:39
       08 may 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti  və Pirallahı Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
     Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və rayon ağsaqqalları iştirak etmişdır.
      Tədbirdə ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
     Tədbiri giriş nitqi ilə başlayan Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov Ulu Öndərin şərəfli ömür yolundan söz açaraq bildirmişdir ki, Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi iki tarixi epoxada – sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərib. Qalib və müstəqil Azərbaycanı XX yüzilin fırtınalı illərindən çıxararaq XXI əsrə yüksələn ölkə kimi çatdıran “ən böyük azərbaycanlı” Heydər Əliyev tarixin və taleyin bu qədim millətə ən böyük töhfəsidir.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev Heydər Əliyev şəxsiyyətindən və onun ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasındakı xidmətlərindən danışaraq vurğulamışdır ki, dahi şəxsiyyət Heydər Əliyev öz xalqına qüdrətli və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etmişdir. Uca Tanrının 50 milyonluq Azərbaycan xalqının qismətinə yazdığı, siyasət və dövlətçilikdəki böyük zirvələr fəth edən, etibarın, sədaqətin və ləyaqətin simvolu olan Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlının iftixar mənbəyinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafına işıq salan ideyaları daim yaşayacaqdır.
       Çıxış edən digər rayon ağsaqqalları Ulu Öndər Heydər Əliyevin Pirallahı rayonuna səfərini xatırlayaraq dahi şəxsiyyət haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Keçidlər