Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

12 dekabr 2023 | 12:18
       Pirallahı rayon Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov,  RİH başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
           Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
       İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Müasir Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının dahi oğlu, Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən  mübarizələrlə,  uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş  film nümayiş olunmuşdur.
      Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. İllər ötdükcə Heydər Əliyev dühasının müstəqil Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edildiyini vurğulayan natiqlər bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət,  xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi, hərbi quruculuq və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.
Keçidlər