Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Unutmaq olmur sizi Şəhidlər” adlı tədbir keçirilmişdir

23 yanvar 2023 | 12:08
      21 yanvar 2023-cü il tarixində Pirallahı rayonunda yerləşən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə “Unutmaq olmur sizi Şəhidlər” adlı tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gülarə Quluzadə və mərkəzin pedaqoji heyəti iştirak etmişdir.
     Mərkəzin dərnək üzvlərinin hazırladıqları rəsm sərgisinə baxış keçirildikdən sonra tədbir açıq elan edilmişdir. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  
      Sonra 20 Yanvar faciəsinə həsr olunmuş video-çarxa baxılmışdır.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs etmişdir. Ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdıran A.Abdullayev  qeyd etdi ki, bu 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın   20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövləti şəhid ailələrinə, yüksək diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etmişdir.
       Daha sonra çıxış edən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gülarə Quluzadə 20 yanvarda ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirmişdir. Şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayan qeyd etmişdir. Faciədən 33 il keçsə də Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. G.Quluzadə bildirmişdir ki, gələcək nəsillər bu qəhrəmanların xatirəsini layiqincə yaşatmalı, vətənpərvər olmalıdırlar.
Keçidlər