Pirallahı rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir
15 noyabr 2023 | 17:02
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2023-cü il 20 oktyabr – 20 noyabr tarixlərində elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində Pirallahı rayonunda silsilə tədbirlər və konfranslar keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının nümayəndələrinin, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivlərinin iştirak etdiyi konfranslarda çıxış edən natiqlər uşaq hüquqları sahəsində qəbul olunmuş qanun və konvensiyalardan, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat vermişlər. Əlavə olaraq bildirilmişdir ki, ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şəraitin yaradılması daim xüsusi diqqət mərkəzində saxlanılmaqdadır.
Tədbirlər şagirdlərin öz hüquqları ilə bağlı kompozisiyalarını nümayiş etdirməsi, şeir və musiqi nömrələri ilə öz işini davam etdirmişdir.