Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Vətən Müharibəsi iştirakçıları ilə növbəti görüş keçirilib

30 mart 2023 | 12:42
     Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən etibarən mənfur düşmənlərimizə qarşı əks hücum əməliyyatına başladı. Qəhrəman Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdi. Erməni hərbi birləşmələrini darmadağın edərək, 30 illik həsrətə son qoyudu.
      29 mart 2023-cü il tarixində rayonumuzda  Vətən Müharibəsi iştirakçıları və qaziləri ilə növbəti görüş keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirdi ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olmuş, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilmiş, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilmişlər. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür.
      Müharibə iştirakçıları dövlətimizə, millətimizə və Prezidentimizə hər zaman sadiq olduqlarını və lazım gəldiyi anda yenidən silaha sarılaraq düşmənlərimizə qarşı vuruşacaqlarını bir daha bəyan etdilər.
      Vətən Müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə  Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Keçidlər