Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib

09 aprel 2026 | 16:27
       Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş məktəbli oğlanlardan ibarət komandalar arasında minifutbol idman növü üzrə turnir keçirilib.
         Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatı və Bakı şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, şəhid ailələri, orta məktəblərin fiziki tərbiyə müəllimləri və azarkeşlər iştirak ediblər.
        Dövlət Himninin sədaları altında başlayan turnirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
      Tədbirdə çıxış edən natiqlər iştirakçıları salamlayaraq bildiriblər ki, şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirəsinin daim yad olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu tipli idman yarışlarının keçirilməsi, vətən uğrunda şəhid olan oğullarımızın xatirəsinin əziz tutulması və gələcək nəsillər arasında təbliğ olunması bu istiqamətdə həyata keçirilən addımlar çox təqdirəlayiqdir. Ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs edən natiqlər yarışının keçirilməsinin əsas məqsədi gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir. Gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir.
        Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın yekun nəticələrinə əsasən aşağıdakı komandalar nailiyyətlər qazanıb:
        •        I yer – 168 nömrəli tam orta məktəbin komandası
        •       II yer - Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası
        •       III yer – N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin komandası
           Qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal, hədiyyə və sertifikatlarla təltif olunub.
           Xatirə şəkilinin çəkilməsi ilə turnir sona çatıb.

 

Keçidlər