Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda vətəndaşlarla Açıq Qapı Günü keçirilib

31 iyul 2026 | 14:23
      31 iyul 2026-cı il tarixində "Pirallahı Tibb Mərkəzi" PHŞ-də vətəndaşlarla Açıq Qapı Günü keçirilib. Görüşdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, "Pirallahı Tibb Mərkəzi" PHŞ-nin direktoru Şöhrət Söyziyev və direktorun müavinləri iştirak ediblər.
      Görüş zamanı vətəndaşların müraciətləri, təklif və rəyləri dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti üzrə nəzarətə götürülüb.
      Tədbirdə çıxış edən Zülfiyyə Məmmədhüseynova bildirib ki, bu cür təşəbbüslər Rayon İcra Hakimiyyəti üçün də prioritetdir. Vətəndaşların öz təklif və şikayətlərini birbaşa aidiyyəti orqanlara çatdırması problemin yerindəcə həll olunmasına və dövlət qurumları ilə əhali arasında etimadın daha da möhkəmlənməsinə şərait yaradır. Natiq həmçinin qeyd edib ki, Rayon İcra Hakimiyyəti bundan sonra da bu istiqamətdə görülən işləri davam etdirəcək və vətəndaşlarla birbaşa ünsiyyətin təmin olunması üçün əlavə imkanlar yaradılacaq.
      Daha sonra çıxış edən "Pirallahı Tibb Mərkəzi" PHŞ-nin direktoru Şöhrət Söyziyev bildirib ki, əhalinin tibbi xidmətlərdən məmnunluğunun artırılması, müraciətlərə operativ və obyektiv yanaşmanın təmin edilməsi, eləcə də vətəndaşlarla açıq və səmərəli dialoqun qurulması Mərkəzin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. Həmçinin vurğulanıb ki, Pirallahı Tibb Mərkəzində vətəndaşlarla Açıq Qapı Günlərinin keçirilməsi əhali ilə birbaşa ünsiyyətin gücləndirilməsi, müraciətlərin operativ araşdırılması və vətəndaş məmnuniyyətinin daha da artırılması məqsədilə mütəmadi olaraq davam etdiriləcək.
Keçidlər