Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə təmizlik işləri aparıldı

23 avqust 2022 | 15:46
     Respublikamızda son illər insanların təhlükəsiz yaşamasına göstərilən qayğı hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında müşahidə edilən gerçəklikdir. Bu mənada hazırda aktual olan əhalinin yanğından mühafizə olunmasının təmini də günün əsas tələbat başlıqlarından biridir. Bu istiqamətdə Pirallahı rayon İcra Hakimiyyəti bir sıra mühüm işlər həyata keçirmişdir. O cümlədən, Pirallahı RİH tərəfindən 23.08.2022-ci il tarixdə növbəti təmizlik aksiyası keçirilmişdir. Aksiya zamanı küçələr, səki kənarları, işıq dirəkləri, dayanacaqlar təmizlənmiş, həyət və məhəllələrdə abadlıq işləri görülmüşdür. Pirallahı rayon MKTB-nin əməkdaşları tərəfindən yol kənarlarındakı yaşıllıq zolaqları təmizlənmiş, digər lazımi işlər həyata keçirilmişdir. Eyni zamanda, magistral yol boyu qurumuş ağacların budaqları kəsilmiş, quru otlar təmizlənmiş, müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən kənarlaşdırılmışdır.
    Bundan sonra da yanğın təhlükəsizliyi məsələsi daima RİH-nin diqqət mərkəzində olacaq, yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir.
Keçidlər