Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında silsilə tədbirlər davam edir

19 oktyabr 2024 | 13:06
           Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla bağlı ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün cari il oktyabrın 18–27-də respublikamızın 85 şəhər və rayonunun icra hakimiyyətləri tərəfindən, “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401 hektar ərazidə 1 milyon 611 min ağac və kolun əkilməsi nəzərdə tutulub.
        Oktyabrın 18-dən etibarən Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da agacəkmə aksiyalarına start verildi. Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı rayomunuzda 10 min ağac və kollar, həmçinin 8600 gül və çiçəklər əkiləcək.  Aksiyaya hazırlıq mərhələsində Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə ünvanlar müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb. Oktyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda növbəti ağacəkmə aksiyası keçirildi. Aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Ayaz İmaməliyev, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhər İcra Hakimiyyətinin və RİH-nin məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin kollektivləri iştirak etdilər. Aksiya zamanı 1000, ümumilikdə isə bu günlər ərzində 2000-dən çox  ağac və 6000-dən yuxarı gül və çiçək kolları əkilmişdir.
         Qeyd edək  ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı Pirallahı rayonu ərazisində yüksək səviyyədə icrasını təmin etmək məqsədilə 1 mart 2024-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən, ilin əvvəlindən bir çox maarifləndirici tədbirlər, dəyirmi masalar və konfranslar, yaşıllaşdırma, ağacəkmə və iməcilik aksiyaları həyata keçirilmişdir. Həmçinin bərk məişət tullantılarının idarə olunması, utilizasiyası və zərərləşdirilməsi üzrə mühüm addımlar atılmışdır.
         Pirallahı rayonunda mütəmadi keçirilən bu cür tədbirlər eyni zamanda, ictimaiyyətin ekoloji məsələlərə daha çox diqqət ayırmasına və cəmiyyətin təbiətə münasibətdə daha məsuliyyətli olmasına şərait yaradır. Bununla yanaşı, ölkənin ekoloji siyasətinə uyğun olaraq, iqlim dəyişikliyinin qarşısının alınması və təmiz gələcək üçün görülən tədbirlər böyük əhəmiyyət daşıyır. Yaşıllıqların genişləndirilməsi və təbii sərvətlərin qorunması, gələcək nəsillərə sağlam bir mühitin miras qoyulması üçün vacib bir addımdır.
 
https://www.yeniazerbaycan.com/xeberlenti_e110757_az.html
 
https://sia.az/az/news/social/1198601.html
 
https://apa.az/sosial/bakida-agacekme-aksiyasi-kecirilib-foto-872636
 
https://qafqazinfo.az/news/detail/pirallahida-agacekme-aksiyasi-kecirildi-450696
 
https://unikal.az/news/453221
 
https://modern.az/aktual/491399
 
https://baku.ws/social/paytaxtda-agacekme-aksiyasi-kecirilib
 
https://report.az/ru/ekologiya/v-baku-proshla-akciya-po-posadke-derevev111
 
 
 
Keçidlər