Pirallahı rayonunda "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində ağaclara aqrotexniki qulluq göstərilməsinə davam etdirilir
25 oktyabr 2024 | 12:33
Pirallahı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 17 oktyabr tarixindən başlanılan park və xiyabanlarda ağaclara aqrotexniki qulluq göstərilməsi aksiyası həftə ərzində davam etdirilmişdir.
Əsas məqsədi, ətraf mühitin mühafizəsi, təbiətin qorunması, ağac və bitkilərə düzgün qulluğun göstərilməsi və şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi olan aksiyaya rayon ərazisində fəaliyyət göstərən digər təhsil müəssisələri qoşularaq dəstək vermişdir. Mütəmadi olaraq 168, 186, 231, 243 və 235 №li tam orta məktəblərin müəllim və şagird kollektivi ağacların əhənglənməsi və onlara lazımi qulluğun göstərilməsi üçün səfərbər olmuşdur.
Aksiyanın qarşıdakı günlərdə də davam etdiriləcəyi gözlənilir.