Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Yel çərşənbəsi münasibətilə bayram tədbiri təşkil olunub

11 mart 2025 | 16:05
       11 mart 2025-ci il tarixində Gürgən Mədəniyyət evinin təşkilatçılığı ilə Gürgən qəsəbəsində Yel çərşənbəsi münasibətilə bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin, Gürgən Mədəniyyət evinin kollektivləri və qəsəbə sakinləri iştirak etmişdir.
       Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Babayev Yel çərşənbəsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara təbiətə sonsuz sevginin parlaq ifadəsi olan ümumxalq bayram münasibətilə xoş arzularını bildirdi. Müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan milli bayramımızın tarixi və mahiyyəti barədə danışan A. Babayev bu bayramın ümidin, təbiətin yenilənməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu diqqətə çatdırdı. Qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində Novruzun gəlişinin şənliklərlə qarşılandığını vurğulayan natiq baharın gəlişi münasibətilə xalqımıza Uca Tanrıdan sağlamlıq, ruzi-bərəkət və əmin-amanlıq arzuladı.
        Daha sonra xalq arasında dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlı olan Yel çərşənbəsinə həsr olunmuş tədbirdə bayram tonqalı qalandı. Tədbirdə torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, şirniyyatlar təqdim edildi. Mədəniyyət və incəsənət nümayəndələrinin hazırladığı konsert proqramı, keçəl, kosa və bahar qızının gözəl və şən zarafatları tamaşaçılarda xoş bayram ovqatı yaratdı. Sonda tədbir iştirakçıları bir-birindən gözəl milli musiqi sədaları altında rəqs etdilər.
Yel çərşənbəniz mübarək!
Keçidlər