Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi” mövzusunda müşavirə keçirilib

02 sentyabr 2026 | 17:38
        2 sentyabr 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi” mövzusunda müşavirə keçirilib.
        Müşavirədə yerli icra hakimiyyəti orqanlarında idarəetmənin müasir tələblərə uyğun təkmilləşdirilməsi, dövlət xidmətlərinin elektronlaşdırılması, vətəndaş müraciətlərinə baxılması prosesinin sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin rəqəmsallaşmanın dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin edilməsi, eləcə də vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından əhəmiyyəti vurğulanıb.
           Müşavirədə “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”ndə müəyyən edilmiş əsas istiqamətlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Dövlət xidmətlərinin rəqəmsal mühitə keçirilməsi, məlumatların elektron mübadiləsinin genişləndirilməsi, dövlət informasiya ehtiyatlarında mövcud olan sənəd və məlumatların vətəndaşlardan təkrar tələb edilməsinin qarşısının alınması və “yalnız bir dəfə” prinsipinin tətbiqi ilə bağlı məsələlər nəzərdən keçirilib.
         Həmçinin vətəndaş müraciətlərinin “mygov” üzərindən qəbulu və cavablandırılması, rəqəmsal sənədlərin qəbulunun genişləndirilməsi, əhalinin elektron dövlət xidmətlərindən istifadəyə təşviq edilməsi, eləcə də əməkdaşların rəqəmsal bacarıqlarının və kiberməlumatlılığının artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
         Müşavirənin sonunda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, müəyyən edilmiş hədəflərə nail olunması və Pirallahı rayonunda rəqəmsal idarəetmənin daha da inkişaf etdirilməsi ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Keçidlər