Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində maarifləndirici tədbir keçirildi

13 sentyabr 2022 | 15:06
    Sentyabrın 13-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin birgə  təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində” maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Polis şöbəsinin rəis müavini Elşən Rzayev, rayonun təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin və Qeyri-hökümət təşkilatlarının rəhbərləri iştirak etdilər.
     Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elşən Rzayev, Pirallahı Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə baş inspektoru Ramil Cəfərov , 168 nömrəli tam orta məktəbin psixoloqu Röya Qəhrəmanova və 243 nömrəli tam orta məktəbin psixoloqu Lalə Yəhyayeva çıxış edərək hər bir uşağın müdafiə olunmaq hüququ olduğunu bildirdilər.
     Natiqlər vurğuladılar ki, Uşaqlar özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar mütləq nəzərə alınmalıdır. Dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir. O cümlədən, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. 
     “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı təsdiq edilmişdir. Strategiyanın əsas məqsədi Azərbaycan Respublikasında uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.
     Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının V Ümumrespublika forumunda çıxışında qeyd etmişdir ki, “Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması, eyni zamanda, sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz”.
Sonda mövzu ilə bağlı verilmiş suallar məsul şəxslər tərəfindən cavablandırıldı.
Keçidlər