Pirallahı rayonunda “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində” maarifləndirici tədbir keçirilmişdir
02 may 2024 | 15:36
2 may 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində” maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Polis İdarəsinin nümayəndəsi, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) polkovniki Kəmalə Əkbərova, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, hər bir uşağın müdafiə olunmaq hüququ olduğunu bildirdilər. Uşaqlar özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar mütləq nəzərə alınmalıdır. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir.
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı təsdiq edilmişdir. Strategiyanın əsas məqsədi Azərbaycan Respublikasında uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, Azərbaycan Respublikasının ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir.
Sonda mövzularla əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.