Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda yollar və səkilər qardan təmizlənib

14 yanvar 2024 | 14:51
   Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə gecə saatlarından etibarən rayonun kommunal strukturları, rayon ərazisində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə və piyada səkilərindən, avtobus dayanacaqları qarşısından təmizlənməsi işlərini aparıblar. Qeyd edək ki, səkilər qar və buz qatından təmizlənərək piyadaların hərəkəti asanlaşdırılır, eyni zamanda, yol kənarlarına yığılan çirkabların təmizlənməsi işləri aparılır.
    Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnikalar vasitəsilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib. Həmçinin, növbətçilik qrafikinə uyğun olaraq, gecə saatlarından etibarən Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar. Hal-hazırda təmizləmə işləri davam etdirilir.
       Axşam saatlarına doğru havanın tempraturunun daha da aşağı enəcəyini nəzərə alaraq, sakinləri mümkün qədər şəxsi avtomobillərindən istifadə etməməyə, yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq.
Keçidlər