Pirallahı rayonunda Zəfər Gününə həsr olunmuş basketbol yarışı keçirilib
29 oktyabr 2025 | 17:01
29 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məktəblilər arasında 3x3 basketbol idman növü üzrə Pirallahı rayon turniri keçirilib. 168 №li tam orta məktəbdə keçirilən turnirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs etdilər. Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş yarışların keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri bu idman növünə cəlb etmək, uşaqlar arasında dostluq əlaqələrini gücləndirməkdən ibarət olduğunu diqqətə çatdırdılar. Natiqlər turnirdə iştirak edən bütün komandalara uğurlar arzu etdilər.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın yekun nəticələrinə əsasən aşağıdakı komandalar qalib olmuşdur:
I yer - 168 nömrəli tam orta məktəbin komandası
II yer – 186 nömrəli tam orta məktəbin komandası
III yer – 243 nömrəli tam orta məktəbin komandası
Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və sertifikatlarla təltif edildi. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.






