Pirallahı rayonunun 101 yaşlı sakini ziyarət edilib
09 aprel 2026 | 16:44
09 aprel 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Tatarıstan Respublikası Baş nazirinin müavini, Dünya Tatarlar Konqresinin Milli Şurasının sədri Vasili Gayazoviç Şayxraziyev, həmçinin Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi Qadılşin Murad Asfandiyaroviç tərəfindən Pirallahı rayon sakini, Pirallahı qəsəbəsi, Y.Əliyev küçəsi, ev 16, mənzil 1 ünvanında yaşayan 101 yaşlı Muratova Xalifə Səmədovna yaşadığı ünvanda ziyarət olunmuşdur.
Ziyarət zamanı ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti, bu sahədə görülən işlər və əldə olunan uğurlar barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasında müxtəlif millətlərin və etnik qrupların nümayəndələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Eyni zamanda vurğulanmışdır ki, Pirallahı rayonunda da multikultural dəyərlər uğurla tətbiq edilir, müxtəlif xalqların nümayəndələri, o cümlədən tatar icmasının üzvləri burada qarşılıqlı hörmət və anlaşma şəraitində, rahat və məmnun şəkildə yaşayırlar.
Görüş çərçivəsində Vasili Gayazoviç Şayxraziyev rayon sakininin səhhəti ilə yaxından maraqlanmış, ona xoş arzularını çatdırmış və xatirə olaraq hədiyyə təqdim etmişdir.
Səmimi və mehriban şəraitdə keçən görüş zamanı Azərbaycan və tatar xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyi, bu əlaqələrin gələcəkdə də daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunmuşdur.






