Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun təhsil və mədəniyyət müəssisələrində “Dövlət Bayrağı günü” münasibətilə silsilə tədbirlər keçirilmişdir

07 noyabr 2022 | 15:18
      Pirallahı rayonunda yerləşən təhsil və mədəniyyət müəssisələrində  “09 noyabr - Bayraq günü”  münasibətilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən Müharibəsi iştirakçıları, ağsaqqallar, İctimai Şuranın üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.  Tədbirlər dövlət himninin səsləndirilməsi və şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış və şanlı qələbəmizə aid şeirlərin, musiqilərin səsləndirilməsi, körpə fidanların rəqs kompazisiyalarının nümayiş olunması ilə davam etmişdir.
      Pirallahı rayonunda fəaliyyət göstərən Pirallahı rayon kütləvi kitabxanasında, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Gürgən və Çilov Mədəniyyət evlərində silsilə tədbirlər keçirilmiş, 4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi tərəfindən sərgi təşkil olunmuşdur.
      06 noyabr 2022-ci il tarixdə baş tutan Gürgən Mədəniyyət evinin “Zəfər bayramı” başlıqlı tədbirinə müharibə mövzusunda çəkilən “Dolu” filminin aktyorlarının gəlməsi maraqla qarşılanmışdır.
     Həftə ərzində rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hər birində şanlı zəfərimizin təbliğ olunması və bayraq gününün qeyd olunması məqsədilə silsilə tədbirlər keçirilmiş, Vətən müharibəsi iştirakçıları ilə görüşlər reallaşdırılmış, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün çıxışlar edilmişdir. Bununla yanaşı, məktəblilər könüllülük prinsipi əsasında Rayon İcra Hakimiyyətinin təşkilatçısı olduğu flaşmoblarda iştirak edərək unudulmaz anlar yaşamışdır.
      Tədbirlərdə çıxış edən RİH-nin məsul əməkdaşları Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Zəfər gününün tarixi əhəmiyyətindən danışmışlar. Çıxışlarda bu şanlı Zəfəri bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Şanlı Ordumuza, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, bütün əsgər və zabitlərimizə minnətdarlıqlar ifadə olunmuşdur. Natiqlər qeyd etmişdir ki, bu gün xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir.  Eyni zamanda qeyd edildi ki, bu gün Azərbaycan Respublikasının başı üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Müstəqillik illərində üçrəngli milli bayrağımızı ilk olaraq Vətənimizin başı üzərində ulu öndərimiz Heydər Əliyev dalğalandırmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir. Həmin sessiyada Naxçıvan MSSR-in adından «sovet, sosialist» sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri- bayrağı, gerbi, himni bərpa olundu. Milli istiqlal ideologiyamızın təməl prinsiplərindən olan «Türkçülük, müasirlik, islamçılıq» rəmzlərini təsvir olunan rənglərində yaşadan, Azərbaycanın varlığının, milli kimliyimizin təsdiqi olan bayrağımız ən mötəbər beynəlxalq təşkilatlarda qürurla dalğalanır.  Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə 17 noyabr 2009-cu il tarixli, 595 nömrəli Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 
   
Keçidlər