Pirallahı rayonununda məktəblilər arasında mini-futbol turniri keçirilib
08 aprel 2025 | 15:44
Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş 2008-2009-cu il təvəllüdlü oğlan məktəbliləri arasında mini futbol turniri keçirilib.
Aprelin 7-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbin futbol meydançasında baş tutan turnirin açılış mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, şəhid ailələrinin üzvləri, məktəb direktorları, müəllimlər və məktəblilər iştirak edib.
Turnirin rəsmi açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Arzu Abdullayev və Vüqar Əliyev, Vətən müharibəsində qazanılan şanlı Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə olunduğunu vurğulayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açıb. Tədbirdə çıxış edənlər ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Aprelin 8-də turnirin final mərhələsi baş tutdu. İki gün davam edən turnir nəticəsində aşağıdakı nəticələr əldə edildi:
-
-
- I Yer - 186 nömrəli tam orta məktəb
- II Yer - 168 nömrəli tam orta məktəb
- III Yer - Y.Əliyev adına 235 nömrəli tam orta məktəb
-
Turnirin sonunda qalib komandalar kubok, diplom, medal və hədiyyələrlə təltif edildilər və xatirə şəkli çəkdirildi.