Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Tibb Mərkəzində yaradılan şəraitlə tanışlıq həyata keçirilib

28 avqust 2023 | 12:13
24.08.2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Pirallahı Tibb Mərkəzi” PHŞ-də yaradılan şəraitlə tanış olub.
V.Səfixanova Mərkəzin direktoru Azər Zeynalov tərəfindən məlumat verilib ki, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin yaradılması məqsədilə TƏBİB-in İdarə Heyətinin 27.04.2021-ci il tarixli iclasının 07 nömrəli protokoluna əsasən 10 və 16 nömrəli BŞX Pirallahı Tibb Mərkəzinin strukturuna daxil edilmişdir. Məlumatda  o da qeyd olunub ki, Pirallahı Tibb Mərkəzinin Poliklinika, Şüa-diaqnostika, Terapiya, Anesteziologiya-reanimatologiya və İntensiv terapiya, Doğum və Ginekologiya, Fizeoterapiya, Yoluxucu xəstəliklər, Uşaq şöbəsi və TTTY şöbələri müasir tipli tibbi avadanlıqlarla təmin olunub. Daha sonra V.Səfixanov Mərkəzin qeyd olunan şöbələrinə  baxış keçirmiş və mərkəzdə müalicə alan xəstələrlə söhbətlər aparmışdır. A.Zeynalov qonaqlara mərkəzdə TƏBİB tərəfindən yaradılmış təminatlar və xidmətlər barədə də geniş məlumat verib. Xəstəxanada reallaşdırılan ən son yeniliklərin mütəmadi olaraq ictimaiyyətə çatdırıldığı və vətəndaşların əlçatanlığının təmin olunması məqsədilə əlaqə vasitələrinin mövcudluğu da qeyd edilib. Sonda həkim heyəti və müəssisə rəhbərləri ilə söhbətlər aparılıb, təklif və tapşırıqlar verilib.
Məlumat üçün qeyd edək ki, son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də böyük islahatlar həyat keçirilib. Aparılan islahatların və tətbiq olunan əsaslı yeniliklərin nəticəsidir ki, hazırda təkcə paytaxt Bakıda deyil, Azərbaycanın regionlarındakı ümumi səhiyyə xidmətlərində nəzərəçarpacaq inkişaf dinamikası mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də qurumun Avropa Regional Ofisinin müxtəlif xəstəliklər üzrə milli proqramlarının qiymətləndirilməsində Azərbaycan səhiyyəsinin inkişaf dinamikası real göstəricilərlə öz əksini tapır.
Xatırlatmaq zəruridir ki, Azərbaycan Prezidenti İlham Əliyev qısa müddət öncə (15.08.2023-cü il tarixdə) rayonumuzda "Diamed" dərman istehsalı zavodunun açılışında iştirak edib. Şübhə yoxdur ki, bu, strateji müəssisə də ölkə səhiyyəsinin inkişafında əsaslı rol oynayacaqdır.
Keçidlər