Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olundu

12 noyabr 2022 | 13:30
     Pirallahı rayonunda fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində “12 noyabr - Konstitusiya Günü”  ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. RİH başçısı Aparatının məsul əməkdaşlarının da iştirak etdiyi tədbirlərdə müəssisələrin pedaqoji və şagird kollektivləri, Vətən müharibəsi iştirakçıları iştirak etmişdir.
     Tədbirlər Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlamış və mövzu ilə əlaqədar maarifləndirici çıxışlarla davam etmişdir. Natiqlər müstəqil Azərbaycanın əsas qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günlə əlaqədar tədbir iştirakçılarını təbrik etmiş və qeyd etmişlər ki, bu hadisə Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə göstərdiyi tarixi xidmətlərdən biridir. Bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 27 ili tamam olur. Ümumxalq referendumu əsasında qəbul edilmiş Konstitusiya qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanır. Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu, milli və ümumbəşəri dəyərləri özündə əks etdirən bu sənəd haqlı olaraq hər bir azərbaycanlıda, bütün vətəndaşlarımızda qürur və iftixar hissi doğurur. Çıxışlarda o da vurğulanmışdır ki, artıq ikinci ildir ki, Konstitusiya Günü qələbə ovqatında qeyd edilir. Azərbaycan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyada təsbit olunan suverenlik hüququnu 2020-ci ildəki Vətən müharibəsi ilə bərpa edib.
     Tədbirlər mövzu ilə əlaqədar şagirdlərin kompozisiyaları və şeir ifaları ilə yekunlaşmışdır.
Keçidlər