Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda humanitar aksiya keçirilib

27 oktyabr 2025 | 17:35
       Şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həmin kateqoriyadan olan ailələrə qurban əti paylanılmışdır.
     Humanitar aksiya çərçivəsində 52 ailəyə ümumilikdə 312 kq qurban əti təqdim edilmişdir. Yardım alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər