Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda növbəti humanitar aksiya keçirilib

16 aprel 2026 | 15:19
      Aztəminatlı ailələrin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə, 15 aprel 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı Rayon Bölməsinin təşəbbüsü ilə humanitar aksiya keçirilmişdir.
       Aksiya 15 ailəni əhatə etmişdir. Rayonda bu qəbildən olan ailələr daim diqqət mərkəzində saxlanılır.
      Yardım alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Keçidlər