Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsi, məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili, uşaqların və gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

06 oktyabr 2023 | 15:19
      2023-cü il 6 oktyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdəUşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsi, məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili, uşaqların və gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzusuna həsr olunmuş tədbir keçirilmişdir.
     Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov, Pirallahı məscidinin imamı Mübariz Rəhimov, həkim-narkoloq Sevda Mirzəyeva, RİH başçısı Aparatının məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər iştirak etmişdir.
      V.Səfxanov, C. İsmayılov, M.Rəhimov, S.Mirzəyeva mövzu ətrafında çıxış edərək vurğuladılar ki, narkomanlığın qarşısının alınmasında əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq digər tədbirlər ilə yanaşı cari dövr ərzində ümumtəhsil müəssisələrində, idarə və təşkilatlarda narkomaniya əleyhinə 15-dən artıq tədbir keçirilmişdir. Gənclərin asudə vaxtının səmərəli təşkilinin onların həyatında oynadığı müsbət rol danılmazdır. Gələcək nəslin sağlam yetişməsi, onların milli şüura bağlı vətənpərvər olması baxımından bu məsələ olduqca əhəmiyyətlidir. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.
          Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin səmərəliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyə işinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib milli-psixoloji məsələdir.
          Tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
Keçidlər