Pirallahıda növbəti ümumrayon iməciliyi keçirilib
15 aprel 2023 | 11:53
15 aprel 2023-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Pirallahı rayonunda növbəti ümumrayon iməciliyi keçirilib.
Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb.
Aksiya zamanı küçələr, səki kənarları və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənmiş, ağaclar budanaraq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Eyni zamanda, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən koronovirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısını alınması məqsədi ilə yollar dezinfeksiya məhlulları ilə yuyuldu.