Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi

18 mart 2023 | 15:00
     Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı olan Novruz, İslamdan əvvəlki tarixi dövrə təsadüf edir və Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri olaraq özünü təsdiq etmişdir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Bütövlükdə ölkə ərazisində yüksək səviyyədə keçirilən Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır.
      Ümummilli lider Heydər Əliyevin də ən sevdiyi bayram olan Novruz bayramı Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başlanmışdır. Milli-mənəvi dəyərlərimizin qorunmasının, vaxtı ilə yasaq olunan milli bayramımızın Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ulu Öndər Heydər Əliyevin bəşəri ideyalarının sadiq davamçısı, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev də yüksək mənəvi dəyərlərimizi, adət və ənənələrimizi yaşadan lider kimi Novruz bayramını daim yüksək qiymətləndirmiş və bu ümumxalq bayramının ölkə ərazisində təntənə ilə keçirilməsi ilə bağlı addımlar atmışdır. Respublika ərazisində olduğu kimi rayonumuzda da Novruz bayramı hər zaman yüksək əhval-ruhiyyədə qeyd olunmuşdur. Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində, körpələr evi-uşaq bağçalarında, idarə və təşkilatlarda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilmiş, tədbirlərdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ağsaqqallar və Vətən Müharibəsi veteranları iştirak etmişdir. Bununla yanaşı, Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumşəhər iməciliyi keçirilmiş, bütün rayon müəssisələri iməcilikdə fəal iştirak etmişdir.
     Keçirilən tədbirlərin yekunu kimi, 18 Mart 2023-cü il tarixdə rayonumuzun mərkəzi olan Pirallahı qəsəbəsində, S.Bağırov küçəsində yerləşən Abad Məhəllədə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov, Milli Məclisin üzvü Rauf Əliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Şura üzvləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişdir.
      Vasif İmanov və qonaqlar tədbirin keçirildiyi əraziyə daxil olaraq Novruz bayramına həsr olunmuş məktəblilər arasında şahmat, karate, güləş və futbol yarışlarını seyr etdi, məktəblilərin hazırladığı milli eksponatlardan ibarət sərgiyə baxış keçirdi. Daha sonra mərkəzə gələn V.İmanov və qonaqları Dədə Qorqud və Bahar qızı qarşıladı, onları Novruz Bayramının gəlişi münasibətilə təbrik etdi. El ağsaqqalı Dədə Qorqud bayram tonqalının alovlandırılması üçün məşəli V.İmanova təqdim etdi. Daha sonra V.İmanov çıxış edərək hamını bayram münasibəti ilə təbrik etdi. Həmçinin sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik etdi və ən xoş arzularını çatdırdı. Natiq bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Onun ən böyük arzusu olan Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirmək istəyi bu gün onun davamçıları tərəfindən təmin olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 2020-ci ildə 30 illik Qarabağ həsrətinə son qoyaraq 44 gündə torpaqlarımızı düşmən tapdağından azad edib və artıq 3 bahardır ki, bayram tonqalları Şuşada, Ağdamda və digər azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə alovlanır. Azərbaycan xalqı bu bayramı qürur hissi ilə qeyd edir. Natiq onu da qeyd etdi ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
     Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev də, rayon sakinlərini bayram münasibətilə təbrik etdi. R.Əliyev qeyd etdi ki, Novruz bayramı əsrlərin sınağından çıxmış, bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. O da qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün respublikamızın iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib.
     Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdi. Musiqiçilər tərəfindən zövq oxşayan musiqi nömrələri, şeirlər, rəqslər, bir-birindən maraqlı Novruz səhnəcikləri, xüsusi zövqlə bəzədilmiş sərgilər, milli ornomentli xonça təqdimatları tədbiri daha da rəngarəng edərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş etdi.
     Sonda tədbirdə iştirak edən uşaqlara bayram hədiyyələri verildi.
Keçidlər