Pirallahıda badminton üzrə rayon birinciliyi keçirilmişdir
26 aprel 2024 | 14:17
Rayon İcra Hakimiyyətinin dəstəyi, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş badminton üzrə müəllimlər arasında Pirallahı rayon birinciliyi keçirilmişdir.
Fiziki aktivliyin və sağlam həyat tərzinin təbliğ edilməsi, badmintona maraq yaradılması və bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək məqsədilə keçirilən yarışda 5 təhsil müəssisəsinin kollektivi iştirak etmişdir. Tədbirdə bununla yanaşı, RİH başçısı Aparatının və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, Azərbaycan Badminton Federasiyasının nümayəndələri iştirak etmişlər.
Gərgin mübarizə şəraitində keçirilən görüşlərin nəticəsi aşağıdakı kimi olmuşdur :
Kişilər üzrə:
I yer – İmanov Cəfər Mirzağa oğlu– N.S.Teymurov adına 231 №li tam orta məktəb
II yer – Tarverdiyev Mikayıl Yaşar oğlu - 168 №li tam orta məktəb
III yer – Kazımov Niftulla Kamil oğlu - 243 №li tam orta məktəb
Qadınlar üzrə:
I yer – Rzayeva Aynur Oktay qızı - 186 №li tam orta məktəb
II yer – Həsənova Günel Müzakir qızı - 168 №li tam orta məktəb
III yer – Ağayeva Sevinc Lətif qızı – 243 №li tam orta məktəb
Sonda qaliblər mükafatlandırılmış, xatirə şəkli çəkdirilmişdir.