Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirildi

05 mart 2026 | 15:19
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu mühüm sənəddən irəli gələn vəzifələrin icrası məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri uğurla davam etdirilir.
        Pirallahı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaşıllıq sahələrinin genişləndirilməsi və ağacəkmə aksiyaları davamlı xarakter alıb. Rayonun müxtəlif ərazilərində yeni yaşıllıq zolaqları salınır, mövcud park və skverlərdə abadlaşdırma işləri aparılır, iqlim şəraitinə uyğun dekorativ və kölgəyaradan ağaclar əkilir. Həyata keçirilən ağacəkmə aksiyaları ekoloji tarazlığın qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına və rayonda yaşayış mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
        5 mart 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 100 ədəd müxtəlif növ ağac əkilib. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları və Rayon MKTB-nin nümayəndələri  iştirak ediblər. Ağacəkmə aksiyası zamanı həmçinin ətraf mühitin mühafizəsi, ağacların və yaşıllıqların qorunması istiqamətində də işlər görülüb. 
Keçidlər