Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda şəhid övladları məktəbli ləvazimatları ilə təmin edilib

06 sentyabr 2025 | 11:04
         “YAŞAT” Fondu tərəfindən Vətən Müharibəsi şəhidləri ailələrinin sosial problemlərinin həll edilməsi daim diqqət mərkəzində saxlanılır.  Fond tərəfindən həyata keçirilən “Hədiyyə Karvanı” layihəsi şəhidlərimizin orta məktəbdə təhsil alan övladlarını sevindirməyə davam edir. Yeni dərs ilinin başlanğıcı ərəfəsində “Hədiyyə Karvanı” layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 2 şəhid ailəsinə baş çəkilmiş, məktəbyaşlı şəhid övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edilmişdir. Hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinifə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız kley, flomaster, rəngli karandaş, plastilin və plastilin qabı, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. 
       Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər