Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda şəhid Tural Cahangirovun 40 mərasimi keçirildi

29 oktyabr 2023 | 13:03
     Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı şəhid olan kiçik leytenant Tural Cahangirovun 40 mərasimi keçirildi. Mərasimdə RİH-nin əməkdaşları, şəhidin ailə üzvləri,  rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
     İlk öncə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Daha sonra açılan ehsan süfrəsində onun əziz xatirəsi ehtiramla yad edilib.
    RİH başçısının I müavini Vəzir Səfixanov  şəhidimiz Tural Cahangirovun doğmalarına dərin hüznlə bir daha başsağlığı verərək Allahdan rəhmət diləyib. O, bildirib ki, şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Xalqımız heç zaman vətən naminə canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində yaşadacaq.
      Şəhidin valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
     Qeyd edək ki, kiçik leytenant Tural Cahangirov sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub.
Keçidlər