Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda səyyar qəbullar davam etdirilir

15 aprel 2026 | 12:32
        Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 15 aprel 2026-cı il tarixdə 168 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
       Vasif İmanov görüş iştirakçılarını salamlayaraq  qeyd etdi ki, aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Qeyd edildi ki, ölkəmizdə səhiyyənin və tibb elminin inkişafına verdiyi əhəmiyyətli töhfələri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda, müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri, mənalı ömrü ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış akademik Zərifə Əliyevanın adı XX əsr Azərbaycanın tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmışdır.
       Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Qeyd edildi ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. 
       Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən  abadlıq-quruculuq işləri, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

 

Keçidlər