Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda triatlon üzrə beynəlxalq turnir keçirildi

09 iyun 2025 | 10:41
      İyunun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, “Triterra Baku Triathlon Club” və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Pirallahı adasında “IronWinD” seriyasından Cənubi Qafqazda növbəti, ən uzun triatlon yarışı - klassik “yarı” IronWind 113 – turniri keçirilib. 
      Fərdi, həm də estafet formatında keçirilən yarışda iştirakçılar üzgüçülük üzrə 1,9, velosiped yarışında 90, qaçış mərhələsində isə 21,1 kilometr məsafə qət ediblər. Turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarusiya, Böyük Britaniya, Ukrayna və Gürcüstandan, ümumilikdə, 108 idmançı mübarizə aparıb. 
      Turnirin məqsədi triatlon idman növünü tanıtmaq və daha çox insanı sağlam həyat tərzinə cəlb etməkdir. Yarış boyunca iştirakçılar həm güclərini, həm də dözümlülüklərini nümayiş etdirdilər. Tədbir iştirakçıları yarışın təşkilatçılarına yüksək səviyyədə hazırlıq və dəstək üçün minnətdarlıqlarını bildiriblər.
      Pirallahıda keçirilən bu triatlon yarışı, regionda triatlon idman növünün inkişafına və populyarlaşmasına böyük töhfə verəcək.
Keçidlər