Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Triatlon üzrə ölkə çempionatı keçirildi

07 oktyabr 2024 | 10:34
      Oktyabrın 6-sı Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası,Bakı şəhər Halqası əməliyyat şirkətinin təşkilatçılığı və ALUFAR-ın baş sponsorluğu ilə Pirallahıda triatlon üzrə ölkə çempionatı keçirildi.
       Yarışda ümumilikdə 140 idmançı gücünü sınadı. İlk hissədə böyüklər 750 m üzüb, 20km velosiped sürüb, 5 km qaçaraq finişə çatdılar. İkinci hissədə isə 15 yaşa qədər idmançılar super sprint məsafəsində yarışdılar. Turnirə həm fərdi, həm də komanda şəklində qoşulanlar var idi.
      Qaliblərə mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, Bakı Şəhər Halqası əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Hacıyeva, Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseyinov və baş məşqçi Balaheydər Kərimov təqdim etdi.
Keçidlər