Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda triatlon üzrə ölkə çempionatı keçirilib

13 oktyabr 2025 | 09:30
       Pirallahıda yerləşən Nərəkənd parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə triatlon üzrə ölkə çempionatı keçirilib.
      Yarışda müxtəlif yaş qruplarından olan 100-dən çox peşəkar və yeniyetmə idmançı mübarizə aparıb.
      Yarışda uşaqlar super sprint məsafəsində (375 metr üzgüçülük, 8 kilometr velosiped və 2 kilometr qaçış) güclərini sınayıblar. Böyüklər isə sprint məsafəsində (750 metr üzgüçülük, 20 kilometr velosiped və 5 kilometr qaçış) çıxış ediblər.
       Kişilər arasında Əli Rzazadə qalib olub. Tamerlan Musayev gümüş, Tural Atakişiyev bürünc mükafata sahib çıxıblar.
      Qadınların mübarizəsində isə Leyla Abduləzizova 1-ci, Klara Maresçova 2-ci yeri tutub.
      Qaliblərə medallar və pul mükafatı verilib.
Keçidlər